31 oktyabr 2023-cü il tarixdə Təsviri incəsənət kafedrasının müəllimi Səfərova Anna Elxan qızının 3(2) kursunda “Boyakarlıq” fənnindən açıq dərsi keçirildi

31 oktyabr  2023-cü il tarixdə  “Təsviri incəsənət”  kafedrasının müəllimi Səfərova Anna Elxan qızının    “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  III(2) kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən “Kişi fiqurunun etüdü” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU- rektorluğunun səlahiyətli nümayəndəsi dos.C.İbrahimov., dos.Y.B.Namazov.,  Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən b/m.Elnarə Rəsulova., müəl.Aybəniz Məmmədova., müəl.Ayşə Məmmədova iştirak edirdilər.

Dərsin təşkilati hissəsi normal idi. Müəllim A.Səfərova dərsin mərhələləri arasında sual cavabla əlaqə yaratdı. Yeni mövzunun izahı zamanı kommunikasiya texnologiyalarından istifadə etdi.

Mövzu üzrə  əyani vəsait  və elektron variantda   məlumat verərək  lövhədə geniş izahat verdi.

Keçilən Açıq dərsi “qənaətbəxş” hesab etmək olar..