1 noyabr 2023-cü ildə ” ÜTF və texnologiya “ kafedrasının dosenti Gülçimən Rasim qızı Əhədovanın “Texnologiya müəllimliyi” ixtisasının 4(1) kursunda “Məişət elektrik cihazları” fənninin “Paltaryuyan maşınlar və onların növləri” mövzusunda açıq dərsi oldu.

Açıq dərsdə fakültənin  dekanı, prof. M.S.Quliyev.,  kafedra müdiri dos.E.M.Cavadov., Fizika kafedrasının müdiri, dos.Y.B.Namazov., kafedranın əməkdaşlarından  dos.M.Ş.Sadıxova., b/m.t.f.d.B.S.Hacıyeva., b/m.t.f.d.S.A.Tağıyeva., b/m.t.f.d.T.Z.Verdiyeva.,  b/m.A.H.Əliyeva., emal.müdiri. M.Nəsibov., kab.müdiri A.Məmmədova., lab.müd. A.S.Məmmədova  iştirak etdilər.

dos.G.R.Əhədova   açıq dərsə aid sənədlərini hazırlanmış fənn proqramları (qrifli), sillabus (yeni formada), mühazirə mətni və jurnalı komissiya üzvlərinə təqdim etdikdən sonra  müasir  slayddan, kompyuter texnikasından  əyani vasitələrdən istifadə etməklə mövzunu izah etdi. Mühazirənin gedişində tələbələrlə kommunikativ və konstruktiv əlaqələr quraraq onları mövzunun izahına cəlb  edirdi. Bu zaman  tələbələrə verdiyi suallarda onların fərdi psixoloji xüsusiyyətlərini nəzərə alırdı.  Dərsə ayrılan vaxtda mövzunun tədrisi tam başa çatdı.

Açıq dərs “əla” qiymətləndirildi.