FAKÜLTƏDƏ ZƏFƏR GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ.

Gəncə Dövlət Univrsitetində 8 Noyabr-Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

2 noyabr 2023- cü il tarixdə 8 Noyabr-Zəfər Günü ilə əlaqədar Fizika və texniki fənlər fakültəsində tədbir keçirildi

       Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsində  müzəffər Azərbaycan Ordusu addım-addım irəliləyərək torpaqlarımızı azad etmiş, bizlərə qələbə sevinci yaşatmışdır.

Gülsüm Fətəliyeva çıxışında  Vətən müharibəsi zamanı tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, Qarabağ döyüşlərində əsgərlərimizin şücaətindən ətraflı danışdı.

       Universitetin Fizika və texniki fənlər fakültəsinin dekanı professor Muğan Quliyev çıxışında  qeyd etmişdir ki, Vətən müharibəsində milli Ordumuz şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda törədilmiş soyqırım aktları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında almış, işğalçı Ermənistana layiq olduğu yerini göstərmişdir.

  Tədbirin davamında universitetin  Fizika və texniki fənlər fakültəsinin tələbələri tərəfindən şeirlər söyləmiş, FLAŞMOB hazırlamış və vətənpərvərliyə aid mahnılar səsləndirilmişdir.