7 noyabr 2023-cü ildə ” ÜTF və texnologiya “ kafedrasının p.f.d.b/m.Gülbəniz Qurban qızı Hüseynovanın  “Texnologiya müəllimliyi” ixtisasının 3 kursunda “Texnologiya fənnin tədrisi metodikası (TFTM)” fənnindən açıq dərsi oldu.

7 noyabr 2023-cü ildə ” ÜTF və texnologiya “ kafedrasının p.f.d.b/m.Gülbəniz Qurban qızı Hüseynovanın  “Texnologiya müəllimliyi” ixtisasının 3 kursunda “Texnologiya fənnin tədrisi metodikası (TFTM)” fənninin “Müxtəlif materiallarla görülən işlərə dair məşğələlərin təşkili” mövzusunda açıq dərsi oldu.

Açıq dərsdə fakültənin  dekan müavini dos.E.X.İsmayılov., , kafedra müdiri dos.E.M.Cavadov., Fizika kafedrasının müdiri, dos.Y.B.Namazov., kafedranın əməkdaşlarından  dos.G.R.Əhədova., b/m.E.C.Hüseynov  iştirak etdilər.

p.f.d.,b/m. G.Q.Hüseynova   açıq dərsə aid sənədlərini hazırlanmış fənn proqramları (qrifli), sillabus (yeni formada), mühazirə mətni və jurnalı komissiya üzvlərinə təqdim etdikdən sonra  müasir  slayddan, kompyuter texnikasından  əyani vasitələrdən istifadə etməklə mövzunu izah etdi. Mühazirənin gedişində tələbələrlə kommunikativ və konstruktiv əlaqələr quraraq onları mövzunun izahına cəlb  edirdi. Bu zaman  tələbələrə verdiyi suallarda onların fərdi psixoloji xüsusiyyətlərini nəzərə alırdı. 

Açıq dərs “yaxşı” qiymətləndirildi.