22.XI.2016 – YAP-n tədbiri.

22 noyabrda Fizika və texniki fənlər fakültəsi GDU – nun II tədris binasının akt zalında təntənəli tədbir keçirdi. Tədbir Yeni Azərbaycan Partiyasının yaradılmasının il dönümünə həsr edilmişdi. Akt zalı fakültənin müəllim və tələbələri ilə tam dolu idi. Tədbirdə Universitetin rəhbərliyi, digər fakültələrdən müəllim və tələbələr də dəvət edilmişdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra fakültə dekanı professor M.Quliyevə söz verildi. O, tədbir iştirakçılarını salamladı. Çıxışında qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaranması müstəqil və müasir Azərbaycanın tarixində çox mühüm hadisədir. YAP Azərbaycanın parçalanma təhlükəsi qarşısında olduğu bir şəraitdə Ümumilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında yaradıldı. Bu günkü uğurlarımız Ulu öndərin yaratdığı siyasi xəttin nəticəsində mümkün olmuşdur. Bu siyasi xətt onun işinin layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Bütün sahələrdə, o cümlədən təhsil və elm sahəsində də uğurlarımız H.Əliyev və onun qurduğu Yeni Azərbaycan Partiyası sayəsində baş vermişdir.

GDU – nun Humanitar Məsələlər üzrə prorektoru dos. Gülsüm Fətəliyeva öz çıxışında qeyd etdi ki, YAP milli siyasi iradəni təmsil edən avanqard pariyadır. O Azərbaycanın ən güclü və çox saylı partiyası olmaqla, bu gün üzvlərinin sayı 600 mindən yuxarıdır. Milli müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, demokratik, hüquqi cəmiyyətin qurulması, daxili sabitliyin bərqərar olması, güclü iqtisadiyyatın yaradılması məhz ulu öndər Heydər Əliyev və onun yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində mümkün olmuşdur.

Sonra Fizika və texniki fənlər fakültəsinin tələbələri hazırladıqları bədii – musiqili proqramı tədbir iştirakçılarına təqdim etdilər. Musiqi proqramı yüksək səviyyədə hazırlanmışdı və zalda əyləşənlərin alqışlarını qazandı.

Tədbirin sonunda GDU – nun Humanitar məsələlər üzrə prorektoru G.Fətəliyeva,  Fizika və texniki fənlər fakültəsinin dekanı professor Muğan Quliyevi və fakültənin müəllim və tələvələrini yüksək səviyyədə tədbir təşkil etdikləri üçün təbrik etdi və onlara uğurlar arzuladı.

20161122_140545 20161122_143147