2 dekabr  2024- cü il tarixdə “Təsviri incəsənət”  kafedrasının b/m. Məhərrəmov Əbülfət Paşa oğlunun  II kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında  “Rəngkarlıq” fənnindən açıq dərsi keçirildi

2 dekabr  2024- cü il tarixdə “Təsviri incəsənət”  kafedrasının b/m. Məhərrəmov Əbülfət Paşa oğlunun  II kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında  “Rəngkarlıq” fənnindən “Neytal fornda naturadan insan başının etüdü (format üzərində rəsmin yerləşdirilməsi)” mövzusunda açıq dərsi keçirildi

Açıq dərsdə Fakültə dekan müavini dos.M.C.Tağıyeva., Təsviri incəsənət kafedrasının müdiri, prof.M.M.Məmmədov və professor müəllim heyəti üzvlərindən dos. A.Ə.Hüseynov., b/m.E.H.Verdiyeva., b/m. R.Q.Allahverdiyeva.., b/m.X.E.Kazımova., müəl.A.E.Məmmədova iştirak  edirdilər.

b/müəl. Əbülfət Məhərrəmov dərsin təşkilatı hissəsini  normal qurmuşdur, dərs zamanı müasir kommunikasiya texnologiyalarından istifadə etdi. Müasir dərsə verilən tələblər demək olar ki, tamamilə ödənildi. Tədris prosesində müəllim slaydlarla eyni zamanda kağız versiyası vəsait nümunələrindən istifadə etdi. Demək olar ki, müəllim qarşısına qoyduğu məqsədinə nail oldu.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs yüksək qiymətlə qənaətbəxş  hesab edildi.