


17 oktyabr 2020-ci il Gəncə terror hadisəsindən beş il ötür. Bu tarixi hadisə ilə əlaqədar olaraq Təsviri incəsənət kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Tağıyeva Ruqiyyə Akif qızı dərs prosesi çərçivəsində tələbələrə Gəncə terroru haqqında qısa elmi-analitik xatırlatma təqdim etmişdir.
Müəllim 2020-ci ilin 17 oktyabrında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə endirilmiş raket zərbələrinin nəticəsində mülki əhali arasında baş vermiş itkilər, dağıntılar barədə ətraflı məlumat vermişdir.
Həmçinin, faciəvi hadisəni tələbələrə daha dolğun şəkildə çatdırmaq məqsədilə Gəncə terroruna aid fotoşəkillər nümayiş etdirilmiş, mülki insanların yaşadığı itkilər vizual materiallar vasitəsilə təqdim olunmuşdur. Bu, tələbələrdə hadisənin humanitar və mənəvi tərəfləri barədə dərin təsəvvür formalaşdırmağa xidmət etmişdir