01.03.2017- ci il tarixdə dosent Rizvan Məmmədəli oğlu İmanovun  açıq dərsi keçirildi  

 

01 mart 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının  dosenti Rizvan Məmmədəli oğlu İmanovun  III kurs fizika müəllimliyi ixtisasında  “Termodinamika və statistik fizika ” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Entropiya. Klauzius tənliyi. Tarazlıqlı halda dönər proseslər üçün termodinamikanın əsas tənliyinin nəticəsi” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev, Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU  rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov, kafedranın 10 nəfər professor – müəllim heyəti üzvləri iştirak etmişlər.

Dos.R.M.İmanov açıq dərsi  müasir texniki və əyani vasitələrdən  istifadə etməklə tələbələrə hərtərəfli izah etdi.  Açıq dərsə əvvəlki  mövzunun tələbələri cəlb etməklə təkrarı ilə başladı. Ümumiyyətlə, R.M.İmanov bütün dərs  boyu tələbələri müəyyən sualların izahına  cəlb edir və onlarda təfəkkürün  inkişafına  səy  göstərirdi. Mövzu  mürəkkəb  olsa da tələbələrin həvəslə verilən suallara cavab  verməyə çalışmaları, müəllimin  qarşıya  qoyduğu məqsədə nail olduğunu göstərirdi.

Dərsdən sonra tələbələrlə birlikdə açıq dərsin müzakirəsi keçirildi və açıq dərs 30  balla –  “əla”  qiymətləndirildi.