01.03.2017- ci il tarixdə Rüstəmova Samirə Kamandir qızının açıq dərsi keçirildi

02 mart 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının  baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Rüstəmova Samirə Kamandir qızının  IV kurs fizika müəllimliyi ixtisasında  “Fizikanın tədrisində qarşıya çıxan problemlər” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Fizika təliminin ənənəvi xüsusiyyətləri” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev, Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU  rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., dos.E.M.Cavadov., Fizika kafedrasının professor – müəllim  heyəti üzvlərindən dos.Y.B.Namazov., dos.E.H.Mövsümov., dos.R.K.Hüseynov., dos.S.P.İsgəndərova., dos.M.C.Tağıyeva.,  dos.Q.Bəylərov., baş müəllimlər S.Q.Cəfərova.,   E.M.Məmmədov., L.Ə.Rzayeva., İ.M.Mövsümo-va.,  müəl. A.Y.İsmayılova  iştirak etmişlər.

B\m- p.f.d. S.K.Rüstəmova mövzunu əyani vasitələrdən  istifadə etməklə pedaqoji bacarıq nümayiş etdirərək izah etdi. Fizika  təliminin ənənəvi  və müasir metodlarını tələbələrin iştirakı ilə müqayisəli təhlil etdi.

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs yüksək qiymətləndirildi.