06.04.2017- ci il tarixdə müəllimə Mövsümova İlhamə Möhkəm qızının   açıq dərsi keçirildi

06 aprel  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının  müəlliməsi Mövsümova İlhamə Möhkəm qızının  I kurs  Texnologiya  müəllimliyi ixtisasında  “Ümumi Fizika bəhsinin Optika bölməsindən”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Linzaların baş fokus məsafəsinin təyini” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU  rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., dos.E.M.Cavadov., Fizika kafedrasının professor – müəllim  heyəti üzvlərindən 15 nəfər  iştirak etmişlər.

Müəl. Mövsümova İ.M.  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə etməklə mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs “əla”  qiymətləndirildi.