[metaslider id=2121]
14 aprel 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi Hüseynov Elbrus Cəlal oğlunun IV kurs Texnologiya müəllimliyi ixtisasında “Avtomobil” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Daxili yanma mühərriklərinin yağlama və soyutma sistemləri” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının müdiri, GDU rektorunun səlahiyyətli nümayəndəsi dos. E.M.Cavadov., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən 15 nəfər iştirak etmişdir.
B/müəl. E.C.Hüseynov açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs “əla” qiymətləndirildi.