24.04.2017- ci il tarixdə dos. Əhədova Gülçimən Rasim qızının  açıq dərsi keçirildi

 

24  aprel  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının dosenti  Əhədova Gülçimən Rasim  qızının IV kurs  Texnologiya müəllimliyi  ixtisasında  “Məişətdə istifadə olunan alətlər”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Klimalar, onların növləri və işləmə funksiyaları” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının müdiri, GDU rektorunun səlahiyyətli nümayəndəsi  dos.E.M.Cavadov.,  ÜTF və texnologiya kafedrasının  professor – müəllim  heyəti üzvlərindən: dos.E.Yaqubov.,  dos.M.Q.Yusifov., b/m-E.C..Hüseynov., b/m-M.Sadıxova., b/m-S.A.Tağıyeva., b/m-B.Hacıyeva.,  kabinə müdiri – A.Məmmədova və digərləri   iştirak etmişdir.

Dos. G.R.Əhədova açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs  müzakirə edildi və açıq dərs “əla”  qiymətləndirildi.