08.05.2017- ci il tarixdə b/müəl. Sadıxova Mətanət Şahin qızının  açıq dərsi keçirildi  

8 may  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi Sadıxova Mətanət Şahin  qızının II kurs  Texnologiya müəllimliyi  ixtisasında  “Tətbiqi mexanika”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Maşın hissələri birləşmələri və onların növləri” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev., ÜTF və texnologiya kafedrasının müdiri, GDU  rektorunun səlahiyyətli nümayəndəsi  dos.E.M.Cavadov., Fakültənin elmi metodiki şüranın sədri, dos.E.Mövsümov., ÜTF və texnologiya kafedrasının  professor – müəllim  heyəti üzvlərindən: dos.R.Ə.Həsənov., dos.M.Q.Yusifov., b/m-K.R.Məmmədov.,  lab.müdiri – S.Bağırova., mühənd.proqr.- M.İbrahimova  iştirak etmişdir.

B/müəl.M.Ş.Sadıxova  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs “əla”  qiymətləndirildi.