11.05.2017- ci il tarixdə dos. Namazov Yəhya Binnət oğlunun  açıq dərsi keçirildi

 

11 may  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika  kafedrasının dosenti Namazov Yəhya Binnət oğlunun II kurs  Fizika müəllimliyi  ixtisasında  “Elektrodinamika”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Elektrostatikanın tənlikləri. Puasson tənliyi və onun həlli” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının müdiri, GDU  rektorunun səlahiyyətli nümayəndəsi  dos.E.M.Cavadov., Fakültə Elmi metodiki şürasının sədri – dos.E.Mövsümov., Fizika  kafedrasının  professor – müəllim  heyəti üzvlərindən:   dos.S.Əliyev., dos.M.Tağıyeva.,  dos.S.İsgəndərova.,  b/m – S.Musayev., b/m – E.Məmmədov., b/m-S.İmanova., b/m- İ.Mövsümova.,  müəl.R.Abbasov., müəl. A.İsmayılova.,   iştirak etmişdir.

Dos.Y.B.Namazov   açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs yüksək balla “əla”  qiymətləndirildi.