12.05.2017- ci il tarixdə müəllimə Kazımova Xəyalə Eyvaz qızının   açıq dərsi keçirildi

 

12  may  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət   kafedrasının müəllimi Kazımova Xəyalə Eyvaz qızının III kurs  Təsviri incəsənət  müəllimliyi  ixtisasında  “Təbiət materiallarının bədii tərtibatı ”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Təbiət  materiallarında dekorativ kompozisiya (Tapılmış eskiz üzərində iş) ” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin Təsviri İncəsənət kafedrasının müdiri, dos. M.Məmmədov., GDU  rektorunun səlahiyyətli nümayəndəsi  dos.C.İbrahimov., Fakültə Elmi metodiki şürasının sədri – dos.E.Mövsümov., Təsviri incəsənət  kafedrasının  professor – müəllim  heyəti üzvlərindən:   6 nəfər    iştirak etmişdir.

Müəllimə X.E. Kazımova  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs  “yaxşı”  qiymətləndirildi.