16.05.2017- ci il tarixdə b/müəl.  Verdiyeva Təranə Zahid   qızının   açıq dərsi keçirildi

 

16  may  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və Texnologiya    kafedrasının b/müəllimi Verdiyeva Təranə Zahid  qızının  II kurs  Təsviri İncəsənət  müəllimliyi  ixtisasında  “Perspektiva”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Kölgənin perspektivinin qurulması” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin ÜTF və Texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., Fakültənin Dekan müavini dos. E.X.İsmayılov.,   ÜTF və texnologiya  kafedrasının  professor – müəllim  heyəti üzvlərindən   6 nəfər   iştirak etmişdir.

B/müəl.T.Z.Verdiyeva   açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs  “yaxşı”  qiymətləndirildi.