17.05.2017- ci il tarixdə b/müəl.  Abdullayev Sabir Müseyib oğlunun  açıq dərsi keçirildi

 

17  may  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika  kafedrasının b/müəllimi Abdullayev Sabir Müseyib oğlunun  II kurs  Riyaziyyat İnformatika   müəllimliyi  ixtisasında  “Fizika”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “İşığın maddə ilə qarşılıqlı təsiri. Foroelektrik effekti. Fotoeffektin kvant nəzəriyyəsi. Eynşteyn tənlikləri” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının müdiri, dos.N.Quliyev., GDU  rektorunun səlahiyyətli nümayəndəsi  dos.C.İbrahimov.,  Fizika  kafedrasının  professor – müəllim  heyəti üzvlərindən  dos.E.İsmayılov., dos.R.Hüseynov., dos.R.İmanov., dos.S.Əliyev., b/m-K.Həsənova., dos.M.Tağıyeva., müəl.A.Həmzəyeva., b/m-L.Rzayeva., b/m-E.Məmmədov  iştirak etmişdir.

B/müəl.S.M.Abdullayev   açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs  31 balla “əla”  qiymətləndirildi.