04.05. 2017- “Müasir təbiət elmlərinin aktual problemləri” mövzusunda konfrans keçirildi.

 

04 may 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetində “Müasir təbiət eləmlərinin aktual problemləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır. Konfransın açılış mərasimi Heydər Əliyev Mərkəzində keçirilmişdir. Açılış mərasimində Gəncə şəhər icra  hakimiyyətinin başçısı cənab E.Vəliyev, GDU – nun rektoru prof.Y.Ə.Yusibov çıxış etmişlər.

Nahar fasiləsindən sonra konfran bölmələrdə öz işini davam etdirmişdir.

Optoelektronika və kondensə olunmuş mühit fizikası, molekulyar fizika və bioloji sistemlər  fizikası, deformasiya olunan bərk cisim mexanikası bölmələri üzrə konfransın işi Fizika və texniki fənlər fakültəsində davam  etdirilmişdir. Bölmələr üzrə GDU – nun yarımkeçiricilər fizikası kafedrasının müdiri prof. V.Salmanovun, prof. Ə.Hüseynovun, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru R.Babayevanın, prof.M.Tağıyevin, GDU – nun Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyevin, Fizika kafedrasının müdiri dos.N.Quliyevin və digərlərinin çıxışları böyük maraqla dinlənildi. Çıxış edənlərdən hər biri konfran iştirakçılarıənın suallarını cavablandırdılar. 04 may 2017 – ci il tarixdə saat 18 00– da konfransın birinci günü başa çatdı.