Fizika kafedrasının Şəhər ictimaiyyəti üçün açıq dərsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin layihəsinə uyğun olaraq Gəncə Dövlət Universitetində şəhər ictimaiyyəti üçün açıq dərslərin keçirilməsi, ənənə şəklini almışdır. Həmin layihəyə uyğun olaraq 26 aprel  2017 – ci ildə GDU – nunj Fizika kafedrasının müdiri dos.N.İ.Quliyevin “Elektrik və canlı orqanizm” mövzusunda   şəhər ictimaiyyəti üçün  açıq dərsi keçirilmişdir. Açıq dərsdə  GDU – nun tədrisi təşkili və təlim texnologiyaları üzrə prorektoru dos.F.Məmmədov., Fizika və texniki fənlər fakültəsinini dekan müavini dos.E.X.İsmayılov.,  Fizika kafedrasınını professor – müəllim heyəti üzvlərindən  25 nəfəri, GDU – nun fizika və biologiya – kimya fakültəsinin tələbələri, Gəncə şəhərində  fəaliyyət göstərən tam orta məktəblərin  fizika müəllimləri iştirak etmişlər.

GDU – nun prorektoru dos.F.Məmmədov GDU – nun rektoru prof.Y.Ə.Yusibovun salamını açıq dərs iştirakçılarına çatdırdıqdan sonra reqlament müəyyən edildi və söz məruzəçi dos.N.Quliyevə verildi.  Dos.N.Quliyev əyani vasitələrdən istifadə etməklə əvvəlcə elektrik yüklərinin kəşfindən, daha sonra canlı orqanizmdə elektrikin  mənbəyindən, bu sahədə Luidji Qalvaninin və Alessandro Volfanın tədqiqatlarından danışdı. Sonra dos.N.Quliyev canlı orqanizmdəki elektrik baxımından elektrokardioqrafiya, elektroensefaloqramma haqqında  məlumat verdi. Maqnit sahəsinin o cümlədən maqnit fırtınasının, elektromaqnit dalğalarının canlı orqanizmə təsiri  barədə məlumat verdi. Məruzənin  sonunda  dos.N.Quliyev elektrik cərəyanının canlı orqanizmə zərərli təsirindən başladı. Məruzə maraqla dinlənildi.

Daha sonra dos.N.Quliyev dinləyicilərin çoxsaylı suallarına cavab verdi.

Müzakirələrdə dos.F.Məmmədov., dos.E.X.İsmayılov., dos. V.C.Rüstəmov.,  dos.Y.Namazov., b/m-F.Hacıyev., b/m-S.Musayev çıxış etdilər. Sonda dos.N.Quliyev açıq dərsin  təşkil olunmasında göstərdiyi köməyə görə GDU – nun rektoru prof.Y.Yusibov, prorektor dos.F.Məmmədova və dinləyicilərə təşəkkür etdi.