23.05.2017- ci il tarixdə b/müəl. Hüseynova Gülbəniz Qurban  qızının   açıq dərsi keçirildi  

 

23  may  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və Texnologiya    kafedrasının b/müəllimi Hüseynova Gülbəniz Qurban   qızının  III kurs  Texnologiya  müəllimliyi  ixtisasında  “Texnologiya fənninin tədrisi metodikası”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Pedaqoji təcrübənin məqsədi, vəzifələri, növləri, müddəti, sənədləri” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı prof.M.Quliyev.,  ÜTF və Texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., GDU  rektorunun səlahiyyətli nümayəndəsi  dos.C.İbrahimov., Fakültə Elmi metodiki şürasının sədri – dos.E.Mövsümov.,  ÜTF və texnologiya  kafedrasının  professor – müəllim  heyəti üzvlərindən   dos.R.Ə.Həsənov., dos.Əhədova G.R., b/m-Tağıyeva S.A., b/m-Sadıxova M.Ş.,  b/m- Hacıyeva B.S.,  b/m-Hüseynov E.C. iştirak etmişdir.

B/müəl. Hüseynova G.Q.  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs  27 balla “əla”  qiymətləndirildi.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir