22.05.2017- ci il tarixdə b/müəl. Allahverdiyeva Raziyyə Qiyas  qızının   açıq dərsi keçirildi

 

22 may  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət   kafedrasının b/müəllimi Allahverdiyeva Raziyyə Qiyas qızının II (2) kurs  Təsviri incəsənət  müəllimliyi  ixtisasında  “Heykəltaraşlıq”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Rakursda naturaçı başının rəsmi (rəsmin tamamlanması)” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin Təsviri İncəsənət kafedrasının müdiri, dos. M.Məmmədov., GDU  rektorunun səlahiyyətli nümayəndəsi  dos.E.M.Cavadov., Fakültə Elmi metodiki şürasının sədri – dos.E.Mövsümov., Təsviri incəsənət  kafedrasının  professor – müəllim  heyəti üzvlərindən:   6 nəfər    iştirak etmişdir.

B/müəll. Allahverdiyeva R.Q.  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs  “əla”  qiymətləndirildi.