17.05.2017- ci il tarixdə b/müəl. Tağıyeva Saidə Abduləli qızının   açıq dərsi keçirildi  

17 may  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və Texnologiya    kafedrasının b/müəllimi Tağıyeva Saidə Abduləli  qızının  I kurs  Texnologiya  müəllimliyi  ixtisasında  “Konstruksiya materialları texnologiyası”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Şüşə. Dekorativ materiallar” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin  ÜTF və Texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., GDU  rektorunun səlahiyyətli nümayəndəsi  dos.C.İbrahimov.,  ÜTF və texnologiya  kafedrasının  professor – müəllim  heyəti üzvlərindən   dos.Əhədova G.R.,  b/m-Sadıxova M.Ş.,  b/m- Hacıyeva B.S.,  b/m-Hüseynov G.Q. iştirak etmişdir.

B/müəl.Tağıyeva S.A.  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs  27 balla “əla”  qiymətləndirildi.