13.10.2017 –ci il tarixdə dos.Rizvan Məhəmmədəli oğlu İmanovun  açıq dərsi keçirildi

 

13.10.2017 – cı il tarixdə Fizika  kafedrasının dosenti Rizvan Məhəmmədəli oğlu İmanovun “Fizika müəllimliyi” ixtisası üzrə  IV kurs tələbələri ilə “Bərk cisimlər fizikası” fənnindən  “Tərs qəfəslər. Miller indeksləri” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndələri dos.C.H.İbrahimov və dos.E.M.Cavadov, Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev, Fizika kafedrasının müdiri, dos.N.İ.Quliyev.,   kafedranın  professor – müəllim heyətinin üzvlərindən 14 nəfəri  iştirak  etdilər.

Dos.İmanov R.M. açıq dərsdə müasir texniki təlim vasitələrindən  istifadə  etməklə mövzunu tələbələrə  hərtərəfli  izah etdi.  Dərsin gedişində dos.R.M.İmanov  tələbələrin  mövzu üzrə suallarına cavab verirdi.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə  “əla” qiymətlə qiymətləndirildi.