27.10.2017 –ci il tarixdə b/müəl. Allahverdiyeva Raziyyə Qiyas qızının  açıq dərsi keçirildi

27.10.2017 – cı il tarixdə Təsviri incəsənət kafedrasının baş müəllimi Allahverdiyeva Raziyyə Qiyas qızının  “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  III kurs tələbələri ilə “TİTM” fənnindən  “İncəsənət haqqında müsahibə məşğələsi üçün plan və icmalın hazırlanması” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.E.M.Cavadov, Fizika və texniki  fənlər fakültəsinin metod şurasının sədri prof. E.Mövsümov., Təsviri İncəsənət kafedrasının müdiri, dos. M.M.Məmmədov., kafedranın  professor – müəllim heyəti  üzvlərindən 6 nəfəri  iştirak  etdilər.

B/müəl.Allahverdiyeva R.Q. dərsin seminar məşğələsi idi. Müəllimə seminar məşğələsini tələblərinə uyğun fəal təlim metodu əsasında apardı. Dərsin gedişində müasir kompüter texnikasından istifadə edərək dərsi qurdu. Dərsdə tələbələr çox fəal iştirak etdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  “əla” qiymətlə qiymətləndirildi.