01.11.2017 –ci il tarixdə b/müəl. ped.üzrə fəlsəfə doktoru Rüstəmova Samirə Kamandir qızının  açıq dərsi keçirildi

01.11.2017 – cı il tarixdə Fizika  kafedrasının b/müəllimi , pedaqogika üzrə fəlsəfə doktoru Rüstəmova Samirə Kamandir qızının  “Fizika müəllimliyi” ixtisası üzrə  IV kurs tələbələri ilə “Fizikanın tədrisində  qarşıya çıxan problemlər” fənnindən  “Müasir təlim metodları vasitəsilə keçirilən fəal  interaktiv  dərslər, növləri, quruluşu və mərhələləri” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.E.M.Cavadov,  Fizika kafedrasının müdiri, yoxlama komissiyasının üzvü dos.N.İ.Quliyev.,   kafedranın  professor – müəllim heyətinin üzvlərindən  16 iştirak  etdilər.

B/müəl.S.K.Rüstəmova müasir tədris vasitələrindən istifadə etməklə mövzunu tələbələrə hərtərəfli  çatdırdı və dərsin gedişində  tələbələrin mövzuya cəlb edilməsini təmin  etdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  “əla” qiymətlə qiymətləndirildi.