03.11.2017 –ci il tarixdə müəl. Abbasov Rəşad Akif oğlunun açıq dərsi keçirildi

03.11.2017 – cı il tarixdə Fizika  kafedrasının müəllimi  Abbasov Rəşad Akif oğlunun “Fizika müəllimliyi” ixtisası üzrə  IV kurs tələbələri ilə “Nanotexnologiyanın  əsasları ” fənnindən  “Füllerenlər və nano borular” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov,  Fizika kafedrasının müdiri, yoxlama komissiyasının üzvü dos.N.İ.Quliyev.,   kafedranın  professor – müəllim heyətinin üzvlərindən dos.S.İsgəndərova., dos.Namazov Y., dos. Q.Bəylərov., b/müəl. E.Məmmədov., müəl.İ.Seyidova.,  müəl. Ə.Dəmirova iştirak  etdilər.

Müəl.R.Abbasov  müasir tədris vasitələrindən istifadə etməklə mövzunu tələbələrə hərtərəfli  çatdırdı və dərsin gedişində  tələbələrin mövzuya cəlb edilməsini təmin  etdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  “əla” qiymətlə qiymətləndirildi.