4 noyabr 2017 –ci il – Arxeoloji kompleksində təmizlik aksiyası

4 noyabr 2017 – ci il tarixdə Gəncədə “Qədim Gəncə” Arxeoloji  kompleksində təmizlik aksiyası keçirildi. Aksiya İDEA İctimai birliyi və Gəncə şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə 500 –dən çox könüllü qoşulmuşdur.

Gəncə Dövlət Universiteti kollektivinin böyük bir qrupu tədbirdə iştirak etdi.

Fizika və Texniki fənlər fakültəsinin 30 nəfər tələbəsi də keçirilən aksiyaya könüllü qoşulmuşdur və Arxeoloji kompleksinin təmizlənməsində həvəslə çalışdılar.