9 noyabr – Dövlət Bayrağı günü

8 noyabr 2017 – ci il tarixdə Fizika və texniki fənlər fakültəsində Dövlət Bayrağı gününə həsr edilmiş tədbir keçirildi. GDU–nun II tədris binasının Akt zalı müəllim  və tələbələr tərəfindən dolmuşdu.

Tədbir Dövlət Himnimizin oxunması ilə başlandı. Sonra tədbirdə Universitetin Humanitar Məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, fakültə dekanı professor Muğan Quliyev çıxış etdilər.

Fakültə tələbələrinin ifa etdikləri mahnı, rəqs və şeirlər  zaldakıların alqışlarını qazandı.

Tədbirin sonunda Gülsüm xanım çıxış edərək yüksək səviyyədə keçirilən tədbir üçün fakültə dekanına və tələbələrinə təşəkkür etdi.

Öz tərəfimizdən bu tərbirin bədii hissəsinin hazırlanmasında əməyi olan Universitetin Musiqi kafedrasına təşəkkürümüzü bildiririk.

Həmçinin mügənni Tural Əsgərova da minnətdarlığımızı bildiririk.  Tədbir fakültə dekanlığı və Fakültə Tələbə Gənclər Təşkilatı (sədri II kurs tələbəsi- Əminə Əliyeva) tərəfindən hazırlanmışdı.