08.XI.2017- ci ilo tarixdə dos.Namazov Yəhya Binnət oğlunun  açıq dərsi keçirildi

 

08 noyabr 2017 – ci il tarixdə GDU – nun Fizika kafedrasında  2017/2018 – ci tədris ilinin I yarısı üçün açıq dərslərin qrafikinə uyğun olaraq növbəti açıq dərs keçirilmişdir. Açıq dərs Fizika və texniki fənlər fakültəsinin II kurs fizika müəllimliyi ixtisasında Fizika kafedrasının dosenti Namazov Yəhya Binnət oğlunun tərəfindən “Elektrik və maqnetizm” fənnindən seminar məşğələsi şəklində  aparılmışdır.

Açıq dərsin mövzusu  “Toxunma potensiallar fərqi. Termoelektrik hadisələr” olmuşdur.

Açıq dərsdə GDU rektorunun nümayəndəsi ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov, Fizika kafedrasının müdiri, dos.N.İ.Quliyev,  və 14 nəfər professor – müəllim heyəti üzvləri iştirak etmişdir.

Dos.Y.B.Namazov müasir təlim vasitələrindən  istifadə etməklə, mövzunu hərtərəfli  və geniş izah etdi. O, tələbələri müasir təlim metodlarına uyğun olaraq, mövzunun izahına cəlb etməklə, yüksək pedaqoji bacarıq və fənn üzrə bilik nümayiş etdirdi.

Açıq dərsin yekununda tələbələrin iştirakı ilə müzakirə aparıldı və açıq dərs 33  balıla “əla” qiymətləndirildi.