20.XI.2017- ci ilo tarixdə b/müəllim Hüseynova Gülbəniz Qurban qızının açıq dərsi keçirildi

20.XI.2017 – cı il tarixdə “ÜTF və texnologiya”  kafedrasının b/müəllimi  Hüseynova Gülbəniz Qurban qızının “Texnologiya müəllimliyi” ixtisası üzrə  II kurs tələbələri ilə “Ağac məmulatının hazırlanma texnologiyası” fənnindən “Ağac məmulatının detallarının birləşdirilməsi” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, kafedra müdiri  dos.E.M.Cavadov., Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.E.X.İsmayılov., ÜTF və texnologiya kafedrasının kafedranın  professor – müəllim heyətinin üzvlərindən  dos.Yusifov M.Q., dos.Əhədova G.R., b/müəl.Hacıyeva B.S.., b/müəl.T.Z.Verdiyeva., b/müəl.Məmmədov K.R..,  iştirak  etdilər.

B/müəl. Hüseynova G.Q.  ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektorla kurikulum üsulundan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, motivasiyaya uyğun sorğu apararaq, tələbələri bu sorğuya cəlb etdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  açıq dərs “əla” qiymətlə qiymətləndirildi.