20.XI.2017- ci il tarixdə dos.İsgəndərova Səyyarə Paşa qızının  açıq dərsi keçirildi

 

20 noyabr 2017 – ci il tarixdə GDU – nun Fizika kafedrasında  2017/2018 – ci tədris ilinin I yarısı üçün açıq dərslərin qrafikinə uyğun olaraq növbəti açıq dərs keçirildi. Açıq dərs Fizika və texniki fənlər fakültəsinin II kurs fizika müəllimliyi ixtisasında Fizika kafedrasının dosenti İsgəndərova Səyyarə Paşa qızının  tərəfindən “Klassik mexanika” fənnindən “İki cisim məsələsi. Elastiki toqquşma”mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə GDU rektorunun nümayəndələri dos.E.M.Cavadov, dos.C.H.İbrahimov., Fizika kafedrasının müdiri, dos.N.İ.Quliyev  vəFizika  kafedrasının professor – müəllim heyəti üzvlərindən 12 nəfəri  iştirak etmişdir.

Dos.S.P.İsgəndərova açıq dərsin  məqsədi; iştirak edənlər barədə  tələbələrə məlumat verdikdən sonra, əvvəlki mövzu ətrafında  tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. Çətin riyazi ifadələrin çıxarılmasında və izahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.

Açıq dərsin yekununda tələbə və müəllimlərin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 29 balla “əla” qiymətləndirildi.