14.XI.2017- ci il tarixdə müəllimə Dəmirova Əfsanə Yaqub qızının    açıq dərsi keçirildi

14 noyabr 2017 ci il tarixdə GDU-nunm Fizika kafedrasının gənc müəllimi Kafedranın doktorantı Dəmirova Əfsanə Yaqub qızının Fizika və texniki fənlər  fakültəsinin II kurs Fizika müəllimliyi ixtisasında “Elektrik və maqnetizm” fənnindən “Sabit cərəyanın işi və gücü. Mənbəyin faydalı iş əmsalı” mövzusunda açıq dərsi (seminar məşğələsi) keçirilmişdir.

Açıq dərsdə Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., Fakültə dekan müavini dos.E.X.İsmayılov., GDU-rektorunun nümayəndəsi dos.E.M.Cavadov və kafedranın 15 nəfər  professor – müəllim heytəi üzvləri iştirak etmişdir.

Müəl.Dəmirova Ə.Y. açıq dərsə, dərsin mövzusu üzrə mühazirədə, keçirilmiş materialların mənimsədilməsi məqsədilə geniş sorğu keçirdi. Daha sonra mövzuya aid məsələ həllinin konkret  misallarla metodikasını tələbələrə izah etdi. Açıq dərsin gedişində  tələbələrlə birlikdə 10 məsələ həll edildi.

Açıq dərsdən sonra tələbə və müəllimlərin iştirakı ilə keçirilmiş müzakirədə açıq dərs 22 balla “yaxşı” qiymətləndirildi.

.

Dos.R.K.Hüseynov müasir təlim vasitələrindən istifadə etməklə atomun quruluşu, atom modelləri, kvant mexanikasının və nüvə fizikasının yaranmasına təkan verən amillər və amillər barədə ətraflı məlumat verdi.

Açıq dərsdən sonra tələbə və müəllimlərin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 28 balla “əla” qiymətləndirildi.