24.XI.2017- ci il tarixdə müəllimə Seyidova iradə Adil qızının açıq dərsi keçirildi

 

24 noyabr 2017 ci il tarixdə GDU-nun Fizika kafedrasının gənc müəlliməsi Seyidova İradə Adil qızının Fizika və texniki fənlər  fakültəsinin III kurs Fizika müəllimliyi ixtisasında “Atom fizikası” fənnindən laboratoriya məşğələsi üzrə açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun nümayəndəsi, ÜTF və texnologiya kafedrasının müdiri dos.E.M.Cavadov., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., kafedranın 14 nəfər  professor – müəllim heyəti üzvləri iştirak etmişdir.

Açıq dərsdə “Spektroskopun dərəcələnməsi” və “Elektronun xüsusi yükünün təyini” mövzuları üzrə laboratoriya  işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdu.

Gənc müəllimə  İ.A.Seyidova laboratoriya işlərinin nəzəri hissəsi, istifadə ediləcək qurğular barədə texniki təlim vasitələrindən  istifadə etməklə ətraflı məlumat verdi və  bununla da pedaqoji qabiliyyətinin lazım  olan  səviyyədə olduğunu göstərdi. Daha  sonra İ.A.Seyidova tələbələri işə hazırlıq səviyyəsini, sorğu – cavab şəklində  yoxladıqdan sonra, onların işə başlamasına köməklik göstərdi. Dərsin sonunda tələbələrin aldığı nəticələr təhlil edildi.

Açıq dərsin sonunda tələbələrin fakültə dekanı, prof.M.S.Quliyev, kafedra müdiri dos.N.İ.Quliyevin, fakültə metodiki şurasının sədri  dos.E.H.Mövsümovun və kafedranın müəllimlərinin iştirakı ilə müzakirə keçirildi və  İ.A.Seyidovanın açıq dərsi 23 balla “yaxşı” qiymətləndirildi.