27.XI.2017- ci il tarixdə dosent Əhədova Gülçimən Rasim qızının açıq dərsi keçirildi

27 noyabr 2017 – cı il tarixdə “ÜTF və texnologiya”  kafedrasının dosenti  Əhədova Gülçimən Rasim  qızının “Texnologiya müəllimliyi” ixtisası üzrə  IV kurs tələbələri ilə “Texniki yaradıcılıq və peşə hazırlığı” fənnindən “Konstruksiyaetmə prosesinin ardıcıllığı” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, kafedra müdiri  dos.E.M.Cavadov., Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.E.X.İsmayılov., ÜTF və texnologiya kafedrasının   professor – müəllim heyətinin üzvlərindən  dos.Yusifov M.Q., b/müəl.G.Q.Hüseynova., b/müəl.S.A.Tağıyeva., b/müəl.E.C.Hüseynov., b/müəl.Hacıyeva B.S.., b/müəl.T.Z.Verdiyeva., b/müəl.Məmmədov K.R.  iştirak  etdilər.

Dos.G.R.Əhədova   ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektorla kurikulum üsulundan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, motivasiyaya uyğun sorğu apararaq, tələbələri bu sorğuya cəlb etdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  açıq dərs “əla” qiymətlə qiymətləndirildi.