04.XII.2017- ci il tarixdə b/müəllim Sadıxova Mətanət Şahin  qızının açıq dərsi keçirildi

04 dekabr  2017 – cı il tarixdə “ÜTF və texnologiya”  kafedrasının  baş müəllimi Sadıxova Mətanət Şahin qızının “Fizika  müəllimliyi” ixtisası üzrə  IV kurs tələbələri ilə “Əmək mühafizəsi və təhlükəsizliyi” fənnindən “Elektrik təhlükəsizliyi məsələləri”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, kafedra müdiri  dos.E.M.Cavadov., ÜTF və texnologiya kafedrasının professor– müəllim heyətinin üzvlərindən 6 nəfəri  iştirak  etdilər.

b/müəl.M.Ş.Sadıxova  ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektordan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, motivasiyaya uyğun sorğu apararaq, tələbələri bu sorğuya cəlb etdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  açıq dərs 30 balla  “əla” qiymətlə qiymətləndirildi.