4.XII.2017- ci il tarixdə b/müəllimə Kazımova Xəyalə  Eyvaz qızının açıq dərsi keçirildi

 

4 dekabr  2017 – ci il tarixdə Təsviri İncəsənət kafedrasının b/müəllimi Kazımova Xəyalə Eyvaz qızının Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbələri ilə “Vitraj” fənnində “Bədii ədəbiyyata vitraj üsulu ilə illüstrasiyanın işlənməsi” mövzusunda laboratoriya məşğələsindən  açıq dərsi keçirildi.

Açıq dərsdə GDU-nun rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., Təsviri incəsənət kafedrasının müdiri, dos.M.M.Məmmədov, Təsviri incəsənət kafedrasının  professor – müəllim heyəti üzvlərindən 4 nəfəri iştirak etdilər.

B/müəllimə Kazımova Xəyalə dərsi müasir tələblər səviyyəsində apardı. Dərs zamanı müasir texnologiyanın imkanlarından vaxtında və yerində istifadə etdi. Dərsdə tələbələr fəal iştirak etdi.

Açıq dərs tələbə və müəllim heyəti tərəfindən yaxşı qiymətləndirildi.