Qış imtahan sessiyasına hazırlıq

Fizika və texniki fənlər fakültəsində qarşıdan gələn qış imtahan sessiyasının uğurla keçirilməsi üçün hazırlıq işləri davam edir. Semestr ərzində mühazirə, seminar və laboratoriya məşğələləri informasiya kompüter  texnologiyalarından istifadə etməklə təşkil edilir.

Açıq dərslər təsdiq edilmiş qrafikə əsasən keçirilir və müvafiq komissiya tərəfindən müzakirə edilir və qiymətləndirilir. Fakültədə tədrisin  təşkili, təlim – tərbiyyə işləri lazım olan səviyyədədir. Bütün bunlar qış imtahan sessiyasının uğurla  keçiriləcəyinə inam yaradır.

Artıq imtahanların keçirilmə tarixi məlumdur. Həm yazılı, həm də test üsulu ilə keçiriləcək imtahanların sualları 5.12.2017 –ci il tarixdə divardan asılmış və tələbələrə çatdırılmışdır.