M.C.Paşayev adına 39 saylı məktəbdə GDU –nun  Fizika kafedrasının b/m.İmanova Sevinc Ramazan qızının açıq dərsi

19 dekabr 2017 – ci il tarixdə  Gəncə Dövlət Universitetinin Fizika kafedrasının baş müəllimi İmanova Sevinc Ramazan qızının  M.C.Paşayev adına Gəncə şəhər 39 saylı tam orta məktəbin 96 sinfində  Fizika fənnindən “Maddənin maqnit  nüfuzluğu” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərs Azərbaycan  Respublikası Təhsil Nazirliyinin layihəsi əsasında  Gəncə Dövlət Universiteti ilə M.C.Paşayev adına 39 saylı tam orta məktəb arasında bağlanmış müqaviləyə müvafiq olaraq keçirilmişdir. Açıq dərsdə GDU –nun Fizika kafedrasının müdiri, dos.N.İ.Quliyev, dos.M.C.Tağıyeva, dos.R.K.Hüseynov., b/m.S.Q.Cəfərova., b/m.L.Ə.Rzayeva., müəllim A.Y.Həmzəyeva və digərləri 39 saylı tam orta məktəbin fuizika müəllimləri iştirak edirdilər.

B/m. S.R.İmanova açıq dərsdə GDU –nun Fizika kafedrasından  gətirilmiş  əyani vəsaitlərin, qurğu və cihazların  köməyi ilə şagirdlərə  maqnit sahəsi, maddələrin maqnit nüfuzluğu və maqnit qavrayıcılığı, onların fiziki mənası barədə ətraflı məlumat verdi. Daha sonra  S.R.İmanova şagird və müəllimlərin  suallarına cavab verdi.

Açıq dərsin sonunda Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev, GDU ilə orta məktəb arasındakı əlaqənin vacibliyindən  və şagirdlərin gələcəkdə ixtisas seçimi zamanı  GDU –nun Fizika kafedrasının yüksək elmi potensial imkanlarını nəzərə almalarını tövsiyyə etdi.