21.XII.2017- ci il tarixdə b/müəllim Əbülfət Paşa oğlu Məhərrəmovun  açıq dərsi keçirildi

21 dekabr  2017 – cı il tarixdə “Təsviri incəsənət”  kafedrasının  baş müəllimi Əbülfət Paşa oğlu Məhərrəmovun  “Təsviri incəsənət  müəllimliyi” ixtisası üzrə  II kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən  “Neytral fonda naturadan qadın başının etüdü” mərhələ – işıq  kölgə münasibətlərinin  verilməsi mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi,   dos.C.H.İbrahimov., Təsviri incəsənət  kafedrasının müdiri, dos.M.M.Məmmədov,  professor– müəllim heyətinin üzvlərindən 6 nəfəri  iştirak  etdilər.

B/müəl.Ə.P.Məhərrəmov sinfi yaxşı təşkil etmişdi. Mövzunun izahı zamanı əyanilik prinsipindən və müasir texnologiyalardan  istifadə etdi.  Bu da mövzunun mənimsənilməsinə şərait yaratdı.   Tələbənin işi üzərində məsləhət verməsidə xoşa gəlimli idi.

Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən  “əla” qiymətlə qiymətləndirildi.