Bayram tədbiri.

20 dekabr 2017-ci il tarixdə GDU-nun Fizika və texniki fənlər fakültəsində qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirildi. Tədbirdə fakültənin professor-müəllim və tələbə heyyəti, çox saylı qonaqlar iştirak edirdi.

Tədbiri giriş sözü ilə Universitetin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm xanım Fətəliyeva açdı. O, tədbir iştirakçılarını universitetin rektoru hörmətli professor Yusif Yusibovun və özünün adından qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ideyası ilk dəfə Ümummilli lider   Heydər Əliyev tərəfindən verilmişdir. Məhz 1991-ci ilin 16 dekabrında Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında qərar qəbul etmişdir. Təhsilin və elmin inkişafına, gənc kadrların hazırlanmasına göstərdiyi yüksək diqqət və qayğıya görə Gülsüm xanım möhtərəm prezidentimiz İlham Əliyev cənablarına dərin minnətdarlığını bildirdi.

Tədbirdə Fizika və texniki fənlər fakültəsinin dekanı professor Muğan Quliyevdə çıxış edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi, qarşıdan gələn imtahanlarda onlara uğurlar arazurladı. O, qeyd etdi ki, Universtetimizdə tələbələrin yüksək səviyyədə təhsil alması və mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.Tələbələr təmiz, geniş, işıqlı auditoriyalarda dərs keçirlər. Onların yaxşı mütəxəssis kimi yetişməsi üçün hər cür imkanlar vardır. Qış imtahan sessiyasına hazırlıq işləri plan üzrə davam edir.  Bütün bunlar möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə aparılan məqsədyönlü və hərtərəfli təhsil siyasətinin nəticəsidir. Azərbaycan Respublikasında Təhsilin inkişafındakı xidmətlərinə görə hörmətli rektorumuz professor Yusif Yusibovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ”na layiq  görülməsi bu siyasətin davamıdır.

Sonra Fakültə tələbələrinin hazırladığı konsert proqramı təqdım edildi. Tədbirin hazırlanmasında fakültənin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbəsi, Fakültə Tələbə Gənclər Təşkilatının sədri Əminə Əliyevanın əməyini xüsusi qeyd etmək lazımdır.