İctimaiyyət üçün açıq dərs

Azərbaycan  Respublikası Təhsil Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti və  və Gəncə Dövlət Universiteti rəhbərliyinin  təşəbbüsü ilə 01 mart 2018 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının dosenti  Rizvan Məhəmmədəli oğlu İmanovun “Kainatın yaranması və inkişaf mərhələləri” mövzusunda Gəncə şəhər  ictimaiyyəti üçün açıq dərsi keçirilmişdir.

Açıq dərsdə  şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər  orta  məktəblərinin müəllimləri, GDU –nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru  dos. F.H.Məmmədov.,  Fizika və texniki fənlər fakültəsinin  dekanı prof.M.S.Quliyev., Fizika kafedrasının  müdiri dos.N.İ.Quliyev və kafedranın professor – müəllim heyəti, fakültənin I, II, III və IV kurs tələbələri və GDU –nun digər kafedralarının əməkdaşları iştirak etmişlər.

GDU –nun  Tədrisin təşkili  və təlim texnologiyaları üzrə prorektoru dosent F.H.Məmmədov açıq dərs  iştirakçılarını GDU rektorunun adından  salamladı. Azərbaycan  Respublikasının Təhsil Nazirliyinin Gəncə şəhər İcra hakimiyyətinin və GDU –nun rəhbərliyinin təşəbbüsü ilə şəhər ictimaiyyəti  üçün açıq dərslərin keçirilməsi artıq ənənə halını almışdır.  Fizika kafedrası artıq  üçüncü açıq dərsi keçirir. Bu is yaxşı göstəricidir. O, bu günkü açıq dərsin dinləyicilərin  marağına səbəb olacağına  ümüdvar olduğunu bildirdi.

Dos.R.M.İmanov kainatın atom nüvəsindən də kiçik  bir nöqtədə baş vermiş  böyük partlayış  nəticəsində əmələ gəldiyini qeyd edərək, müasir  texniki vasitələrdən  şəkil və videoçəkilişlərdən  istifadə etməklə kainatın  böyük partlayışdan sonrakı inkişaf mərhələləri  indiki vəziyyəti və gələcəkdə kainat haqqında  ehtimal olunan nəzəriyyə  və fərziyyələr barədə geniş məlumat verdi.  Daha sonra dos. R.M.İmanov  açıq dərs iştirakçılarının çox saylı  suallarına cavab verdi.

Açıq dərs ətrafında  prof. M.S.Quliyev dos. N.İ.Quliyev,  dos.E.H.Mövsümov., dos.S.İ.Vəliyev., dos.V.C.Rüstəmov., dos.R.K.Hüseynov., dos.M.C.Tağıyeva çıxış etdilər. GDU –nun prorektoru dos.F.H.Məmmədov öz çıxışında açıq dərsi yüksək qiymətləndirdi və yekun bildirdi.