12.03.2018- ci il tarixdə müəllim Lalə Vladimir qızı Cahangirovanın açıq dərsi keçirildi

 

12 mart   2018 – cı il tarixdə “Təsviri incəsənət”  kafedrasının  müəllimi Lalə Vladimir qızı Cahangirovanın   “Təsviri incəsənət  müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “İncəsənət tarixi” fənnindən  “Rəngkarlıq və Qrafika haqqında anlayış” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., Fakültə metod – şurasının sədri E.H.Mövsümov, Təsviri incəsənət  kafedrasının müdiri, dos.M.M.Məmmədov,  professor– müəllim heyətinin üzvlərindən 6 nəfəri,  b/m-R.Allahverdiyeva., müəl.A.Məmmədova və b.  iştirak  etdilər.

Müəl.Lalə Cahangirova  mövzunun metodikasına  uyğun olaraq mövzu ilə əlaqəli mövzulardan başlayaraq, ardıcıllıqla yeni mövzunun izahını başladı. Müəllimə mövzu ilə bağlı  geniş formada slayt hazırlamışdı. Mövzunu tələbələrə hərtərəfli mənimsətmək üçün həmin görüntülərdən istifadə etdi.

Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən  “yaxşı” qiymətlə qiymətləndirildi.