BAYRAM TƏDBİRİ

14 mart 2018 – ci il tarixdə Fizika və texniki fənlər fakültəsində Novruz Bayramına həsr olunmuş tədbir keçirildi.

Fakültə dekanlığının və Fakültə tələbə gənclər təşkilatının birgə hazırladığı musiqili – ədəbi tədbir GDU –nun II tədris binasının akt zalında oldu. Akt zalı və onun səhnəsi bayramsayağı bəzədilmişdi. Novruz Bayramının və yazın gəlişinin rəmzi olan səmənilər və şirniyyatla dolu olan novruz xonçası tədbirin keçirildiyi məkana xüsusi yaraşıq verirdi.

Bayram tədbirində fakültənin professor – müəllim heyəti, 200 -ə yaxın tələbəsi iştirak edirdi. Tədbirdə rektorun baş müşaviri dosent Asif Cavadov da iştirak edirdi. O, tədbiri giriş sözü ilə açdı və hörmətli rektor prof.Yusif Yusibovun adından qarşıdan gələn Bahar bayramı münasibəti ilə fakültənin müəllim və tələbə kollektivini təbrik etdi. Onlara şəxsi həyatlarında, işlərində və təhsillərində uğurlar arzuladı.

Sonra Fakültə dekanı, professor Muğan Quliyev çıxış etdi. O. Tədbir iştirakçılarını təbrik etdi, bütün kollektivi  Novruz Bayramı münasibəti ilə şəhərimizdə keçiriləcək böyük Bayram tədbirində fəal iştirak etməyi çağırdı.

Tədbirdə Fakültənin Təsviri incəsənət  kafedrasının müəllimi, professor Şaiq Məmmədov da çıxış etdi və  Bayram təbriklərini tədbir iştirakçılarına çatdırdı. Şəhərimizdə 20 mart tarixində keçiriləcək Böyük Bayram tədbirində təşkil ediləcək Rəsm sərgisinə tələbə və müəllimlərin öz əsərlərini təqdim etməyi məsləhət gördü.

Sonra fakültə tələbələrinin hazırladığı musiqili – bədii proqram təqdim edildi. Bir–birindən maraqlı rəqslər və mahnılar tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

Sonda Fakültə dekanı tədbirin musiqili – bədii hissəsini hazırlayan bütün tələbələrə təşəkkür etdi və bu işdə xüsusi xidməti və təşkilatçılığı olan Təsviri incəsənət müəllimliyi ixtisasının II kurs tələbəsi, Fakültə TGT-nin sədri  Əminə Əliyevanın işini  xüsusi qeyd etdi.