24.04.2018- ci il tarixdə Təsviri incənət  kafedrasının müəllimi Aybəniz Əli qızı Məmmədovanın  açıq dərsi keçirildi

 

24 aprel 2018 –ci il tarxidə GDU –nun Təsviri incəsənət kafedrasının müəllimi Aybəniz Əli qızı Məmmədovanın Fizika və texniki fənlər fakültəsinin  “Təsviri incəsənət  müəllimliyi” ixtisasının II kurs tələbələri ilə “Rəsm” fənnindən  “Rəsmin tamamlanması” mövzusunun “Rənglə işə başlanmasının  mərhələsində”  açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi  dos.C.İbrahimov., Fakültə metod – şurasının sədri E.H.Mövsümov .,  kafedranın professor – müəllim heyəti üzvlərindən 3  nəfəri iştirak etmişdir.

Aybəniz müəllimə mövzunu əhatə etmək üçün əyani vəsait hazırlamışdı.  Bundan əlavə mövzuya uyğun insan başının  işlənməsi metodikasını bir neçə variantda slaytını hazırlamışdı ki, bu da dərs prosesində  çox səmərəli oldu.

Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən “yaxşı” qiymətlə qiymətləndirildi.