16.04.2018- ci il tarixdə Təsviri incənət  kafedrasının baş müəllimi Elnarə Qoşqar qızı Rəsulovanın açıq dərsi keçirildi

 

16 aprel 2018 –ci il tarxidə GDU –nun Təsviri incəsənət kafedrasının baş müəllimi Rəsulova Elnarə Qoşqar qızının Fizika və texniki fənlər fakültəsinin  “Təsviri incəsənət  müəllimliyi” ixtisasının I kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən  “Yaz mənzərəsinin etüdü” mövzusunun “Rənglə işə başlanmasının  mərhələsində”  açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi  dos.E.Cavadov., Fakültə metod – şurasının sədri E.H.Mövsümov , yoxlama komissiyasının üzvü dos. N.Quliyev.,  professor – müəllim heyəti üzvlərindən 4  nəfəri iştirak etmişdir.

Elnarə müəllimə auditoriyanı yaxşı təşkil etmişdi. Dərs prosesini yüksək səviyyədə təşkil etmişdi, mövzunu tələbələrə yaxşı mənimsətmək üçün müasir kommunikasiya texnologiylarından məharətlə istifadə etdi. Eyni zamanda kağız üzərində əyani vəsaitlərdən yararlandı.

Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən “əla” qiymətlə qiymətləndirildi.