03.04.2018- ci il tarixdə Fizika kafedrasının b/müəllimi Mövsümova İlhamə Möhkəm qızının açıq dərsi keçirildi

 

03 aprel 2018 –ci il tarxidə GDU –nun Fizika kafedrasının müəllimi Mövsümova İlhamə  Möhkəm  qızının Fizika və texniki fənlər fakültəsinin II kurs “Fizika müəllimliyi” ixtisasında ”Fizikanın tədrisi metodikası-1” fənnindən “Fizikanın tədrisində  praktik metodlar. Məsələ həlli. Məsələ həllinin təsnifatı və struktur quruluşu”  mövzusunda seminar məşğələsindən açıq dərsi keçirilmişdir.

Açıq dərsdə GDU rektorunun nümayəndəsi dos.C.İbrahimov, Fizika kafedrasının müdiri dos.N.Quliyev və kafedranın professor – müəllim heyəti üzvlərindən 11 nəfəri iştirak etmişdir.

b/m. İ.M.Mövsümova açıq dərsdə tələbələrin seminar işinə hazırlığını yoxladıqdan sonra,  onlara dərsin  gedişini izah etdi.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs 30  balla “əla” qiymətləndirildi.