04.04.2018-ci il TARİXDƏ FİZİKA KAFEDRASININ NÖVBƏTİ  ELMİ – NƏZƏRİ  SEMİNARI KEÇİRİLDİ.

4 aprel 2018 –ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasında “Termodinamik sistemlər və onlara müasir baxış” mövzusunda növbəti elmi seminar keçirildi. Seminarda Fizika kafedrasının 20 nəfər professor – müəllim heyəti üzvləri, Fizika və texniki fənlər fakültəsinin fizika müəllimliyi ixtisasının I, II, III kurs tələbələri iştirak edirdilər.

Seminarda məruzə ilə Fizika kafedrasının müdiri dos.N.Quliyev və dos.E.Mövsümov çıxış etmişlər. Dos.E.Mövsümov əvvəlcə təcrid olunmuş  fiziki sistemlər üçün termodinamika qanunlarından danışdı və indiki ekoloji  şəraitdə termodinamik sistemlərdə baş verən dəyişikliklər, o cümlədən “İstixana effekti”, “İstilik ölümü” barədə məlumat verdi. Dos.N.Quliyev isə açıq termodinamik sistem kimi bioloji sistemlərdə termodinamika qanunlarının tətbiqindən danışaraq, bu istiqamətdə mövcud olan zahiri ziddiyyətlərə toxunaraq yekunda canlı sistemlərdə də termodinamika qanunlarının doğru olduğunu təcrübi faktlarla göstərdi.

Məruzələrdən sonra dos.N.Quliyev və dos.E.Mövsümov seminar iştirakçılarının suallarını cavablandırdılar.

Sonda dos.N.Quliyev növbəti seminarın aprel ayının sonunda keçiriləcəyi barədə məlumat verdi.