25.04.2018- ci il tarixdə Fizika kafedrasının müəllimi Veysova Rəna Məhəmməd  qızının açıq dərsi keçirildi

25 aprel 2018 –ci il tarxidə GDU –nun Fizika kafedrasının müəllimi Veysova Rəna Məhəmməd qızının Fizika və texniki fənlər fakültəsinin II kurs “Fizika müəllimliyi” ixtisasında “Optika” fənmnində “İşığın kvant təbiəti. Plank düsturu. Fotoeffekt. Fotoeffekt qanunları. Məsələ həlli” mövzusunda seminar  məşğələsindən açıq dərsi keçirilmişdir.

Açıq dərsdə GDU rektorunun nümayəndəsi dos.C.İbrahimov., dos.E.M.Cavadov., Fizika kafedrasının müdiri dos.N.Quliyev və kafedranın professor – müəllim heyəti üzvlərindən 15 nəfəri iştirak etmişdir.

Müəllim R.Veysova, açıq dərsdə tələbələrə müasir təlim vasitələrindən istifadə etməklə işığın  təbiəti barədə təsəvvürlər, işığın dalğa və kvant nəzəriyyələri, fotoeffekt, Stoletov qanunları barədə ətraflı məlumat verdi.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra  açıq dərs 28 balla “əla” qiymətləndirildi.