YAP – yeni üzv olan tələbələrə partiya biletləri paylanıb

 

Bu gün Gəncə Dövlət Universiteti Fizika və texniki fənlər fakültəsində Yeni Azərbaycan partiyasına yeni üzv  olan tələbələrə partiya biletləri paylanmışdır.

Tədrisə açılış sözü  ilə başlayan dekan müavini b/müəl.Sabir Abdullayev Partiyaya Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının qarşısında geniş imkanlar açdığını, yeni hədəflər müəyyənləşdirdiyini söyləyib, Gəncə gənclərinin ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd etdi.

Gəncə Dövlət Universitetinin Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Sabir Əbdürrəhimov çıxış edərək  bildirdi ki, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərin inkişafına  geniş imkanların yaradılmasına, onlarda milli şüurun  vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Prezident cənab İlham Əliyev  və onun rəhbərliyi ilə YAP –ın fəaliyyətinin prioritet istiqamətlərindən  biri kimi, bu gün də  Azərbaycan  gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai – siyasi, sosial – mədəni  həyatındakı  rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.

Sonda YAP sıralarına yeni üzv olan gənclərə partiya vəsiqələri təqdim edildi.