03.05.2018- ci il tarixdə Fizika kafedrasının müəllimi Xavəri Xavər Ələmxan  qızının açıq dərsi keçirildi

03 may  2018 –ci il tarxidə GDU –nun Fizika kafedrasının müəllimi Xavəri Xavər Ələmxan  qızının  Riyaziyyat – informatika fakültəsinin II kurs  “Riyaziyyat  müəllimliyi” ixtisasında  “Difraksiya hadisəsi. Difraksiya qəfəsi vasitəsilə işığın dalğa uzunluğunun təyini”  mövzusunda laborator məşğələsindən açıq dərsi keçirilmişdir.

Açıq dərsdə GDU rektorunun nümayəndəsi dos.C.İbrahimov, Riyaziyyat – informatika fakültəsinin dekanı dos.O.Hüseynov.,  Fizika kafedrasının müdiri dos.N.Quliyev və kafedranın professor – müəllim heyəti üzvlərindən 8 nəfəri iştirak etmişdir.

Gənc müəllim X.Xavəri, açıq dərsdə iştirak edənləri tələbələrə istifadə etməklə onların növləri, xarakteristikaları barədə məlumat verdi. Daha sonra, tələbələrin laboratoriya işinə hazırlığını yoxladıqdan sonra,  onlara işin gedişini izah etdi. Gənc olmasına baxmayaraq X.Xavəri,  bütün dərsin gedişində pedaqoji ustalıq ilə yüksək bilik nümayiş  etdirdi.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs 28 balla “əla” qiymətləndirildi.